* Gilavar Foto Klubunun veb-saytı istifadəyə verilib.
* Gilavar Foto Klubunun yeni İdarə Heyəti formalaşdı və üzvlərinin sayı 55-ə çatdı.
* 4 beynəlxalq fotomüsabiqə keçirilib.
* 2 memorandum imzalanıb (1 yerli və 1 xarici).
* Gənclər və idman naziri ilə idman fotoqrafları arasında görüş təşkil olunub.
* 6-cı dəfə ənənəvi FOTO KADR tədbiri keçirilib.
* Yerli və beynəlxalq təlimlərdə, seminar və forumlarda iştirak edilib.
* 4 böyük fotolayihə həyata keçirilib.
* Tarixi Karvansaray adasına fotoekspedisiya təşkil olunub.
* 4 müraciət və bəyanata imza atılıb.
* Gilavar Foto Klubu ictimai birliyinə ianələr edilib.
* Azərbaycan Fotoqrafiya Muzeyinə eksponatlar toplanıb.
* Azərbaycan Fotoqrafiya Fonduna tarixi fotolar toplanıb.
* Azərbaycan Fotoqrafiya Kitabxanası yeni fotokitab və kalaloqlarla zənginləşir.
* Azərbaycan Milli Antidopinq Agentliyi – AMADA iıə əməkdaşlığa başlanılıb.
* Üzvlərimizin yerli və beynəlxalq tədbirlərdə media akkreditasiyası üçün dəstək məktubları təqdim olunub.
* Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyinin elan etdiyi qrant müsabiqəri çərçivəsində layihələr qazanılıb.
* Üzvlərimiz beynəlxalq fotomüsabiqələrdə və foto tədbirlərdə tənəmsil olunub, fəxri adlar qazanıb.
* Gilavar Foto Klubu COP29 Azerbaijan tədbirində həm QHT, həm də media olaraq təmsil olunub.
* Birliyimizin 30-a yaxın üzvü COP29 tədbirinin işıqlandırıb.
* Bakıda (2), Avropada (2), COP29 çərçivəsində (1), ümümilikdə 5 fotosərgi təşkil olunub.
* Prezident İlham Əliyevin imzası ilə COP29-da fəal iştirak edən üzvlərimizə təşəkkürnamələr təqdim edilib.
* gilavar,az saytına foto təşkilatların keçirdiyi müsabiqələr, layihələr, foto sahəsinə aid Azərbaycanda və Azərbaycanla bağlı keçirilən fotoxəbərlər, azərbaycanlı fotoqrafların nailiyyətləri yerləşdirilib.
* Onayn media və televiziyalara müsahibələr verilib, canlı proqramlarda iştirak edilib.
* İl ərzində 18 mətbuat üçün açıqlama yayılıb.
Bu il gücümüz, imkanımız və resurslarımız bunları etməyə gücümüz çatdı. Ümid edirik ki, 2025-ci ildə Azərbaycan Fotoqrafiya Federasiyası və Gilavar Foto Klubu ictimai birliyinin də ofisi olar. Biz bundan daha böyük işlərə imza atmağa çalışacayıq.


