AZCON Holding şirkətlərindən olan ASCO-nun sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa edilmiş “Zəngilan” tankerinin istismara verilməsinin iki ili tamam olur. Tanker cənab Prezident İlham Əliyevin iştirakı ilə məhz 2 iyul 2024-cü il tarixində istismara verilib.
İstismarda olduğu iki il ərzində “Zəngilan” tankeri Alaca – Kianlı – Səngəçal marşrutu üzrə 83 səfər həyata keçirib. Bu səfərlər çərçivəsində gəmi ilə ümumilikdə 566 min 831 ton yük daşınıb.
Yeni nəsil tankerin uzunluğu 141, eni 16.9, bortunun hündürlüyü isə 6 metrdir. Saatda 10 düyün sürətlə hərəkət edə bilən gəmi 15 nəfərlik heyət tərəfindən idarə olunur. Ümumilikdə 6 yük çəninə malik olan tankerin dedveyti 7875 tondur.
Həm neft, həm də kimyəvi məhsulların daşınması üçün nəzərdə tutulmuş “Zəngilan” tankerinin texniki göstəriciləri, xüsusilə suya oturumu maksimum yük götürməklə Xəzər hövzəsində nisbətən dayaz limanlara daxil olmağa və Xəzərdən kənara yük daşımağa imkan yaradır.
TREND
- Kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır
- General Nizami Məmmədov haqda – Yekun qərar verildi
- Prezident mühüm fərman İMZALADI
- Nazirdən 1 ildir pulunu ala bilməyən pambıqçılarla bağlı – AÇIQLAMA
- Tamam Bayatlı BP-dən getdi
- İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir
- Mikayıl Cabbarov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- ASAN Xidmətin Xorvatiyada tətbiqi müzakirə olunub


