Naxçıvan Muxtar Respublikasının ölkənin əsas elektrik enerji sistemi ilə birləşdirilməsi, eyni zamanda Azərbaycan–Naxçıvan-Türkiyə–Avropa beynəlxalq enerji dəhlizinin formalaşdırılması məqsədilə Zəngəzur xəttinin tikintisinin birinci mərhələsi yekunlaşmaq üzrədir.
Bu barədə “AzərEnerji” ASC-dən məlumat verilib.
Bildirilib ki, ölkə başçısının tapşırığına əsasən “AzərEnerji” tərəfindən Cəbrayıldan Ağbəndə qədər 74 km məsafədə ikidövrəli olmaqla, 1 000 meqavat yükötürmə qabiliyyətinə malik 330 kilovoltluq yüksəkgərginlikli ötürmə xəttinin çəkilməsi başa çatır. Hər birinin çəkisi orta hesabla 30 tondan artıq, hündürlüyü 45 metrə yaxın olan 296 ədəd anker və aralıq dayaqlardan ibarət ötürmə xəttində işlərin 97 faizi icra edilib. Bu ilin qış, yaz və yay ayları da daxil olmaqla çətin iqlim və sərt relyefdə çəkilən ötürmə xəttində işlər “AzərEnerji” tərəfindən ən qısa müddətdə, qrafikdən əvvəl icra olunub.
Növbəti mərhələdə Ordubaddan Naxçıvana qədər 100 km, Zəngəzur dəhlizini keçməklə 44 km və Naxçıvandan Türkiyəyə 230 km məsafədə ötürmə xəttinin çəkilməsi nəzərdə tutulur.
Naxçıvan Muxtar Respublikasının ölkənin vahid enerjisisteminə tam inteqrasiyası, muxtar respublikanın tezlik tənzimlənməsində xarici ölkədən asılılığının aradan qaldırılması, Avropa enerji bazarlarına çıxış imkanlarının yaradılması, həmçinin “yaşıl enerji”nin ötürülməsi baxımından bu layihə strateji əhəmiyyət daşıyır və Azərbaycan tarixinin ən iri enerji layihələrindən biri kimi qiymətləndirilir.
TREND
- “SOCAR Türkiye” 1,6 milyard dollar cəlb edib
- ARDNF-in xalis mənfəəti kəskin artıb
- NK özünün və Prezidentin İşlər İdarəsinin nəqliyyat vasitələrinə dair qərar verib
- AMB və Slovakiya Milli Bankı arasında Anlaşma Memorandumu imzalanıb
- Beynəlxalq Kulinariya Günü ilə əlaqədar tədbir keçirilib – FOTOLAR
- DTX maşınların yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
- Kənd yumurtası baha, fabrik yumurtası ucuz – Səbəbi açıqlandı
- Azərbaycanda dini radikalizmə çağırış edən 7 nəfər beynəlxalq axtarışa verildi


