Oktyabrın 10-u Abşeron rayonu Masazır qəsəbəsində avtomobilləri yandıranlardan daha biri saxlanılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Masazır qəsəbəsində 4 avtomobilin yandırılmasını təşkil edən şəxs hava nəqliyyatı ilə Gürcüstandan Özbəkistana gedərkən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılaraq Azərbaycana gətirilib və həbs edilib.
Qeyd edək ki, hadisənin videoları mediada geniş rezonans doğurmuşdu. Artıq cinayətin bütün iştirakçıları DTX əməliyyatçıları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilərək tutulublar.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb, barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə ibtidai istintaq hərəkətləri aparılır.
Həbs edilən şəxslərin adları və cinayətin motivi açıqlanmır.
Qeyd edək ki, qəsdən törədilən yanğın nəticəsində “Mercedes”, “Lada”, “Hyundai”, “Renault” markalı minik avtomobilləri yanaraq kül olub.
TREND
- “SOCAR Türkiye” 1,6 milyard dollar cəlb edib
- ARDNF-in xalis mənfəəti kəskin artıb
- NK özünün və Prezidentin İşlər İdarəsinin nəqliyyat vasitələrinə dair qərar verib
- AMB və Slovakiya Milli Bankı arasında Anlaşma Memorandumu imzalanıb
- Beynəlxalq Kulinariya Günü ilə əlaqədar tədbir keçirilib – FOTOLAR
- DTX maşınların yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
- Kənd yumurtası baha, fabrik yumurtası ucuz – Səbəbi açıqlandı
- Azərbaycanda dini radikalizmə çağırış edən 7 nəfər beynəlxalq axtarışa verildi


