Slovakiya Milli Bankı və Azərbaycan Mərkəzi Bankı arasında Anlaşma Memorandumu imzalanıb.
Bu barədə AMB-nin sədri Taleh Kazımov “X” hesabında paylaşım edib.
“Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun İllik Toplantıları çərçivəsində Slovakiya Milli Bankının sədri Peter Kazimir ilə rəhbərlik etdiyimiz qurumlar arasında qarşılıqlı etimada əsaslanan əlaqələrin daha da dərinləşdirilməsi məqsədilə Anlaşma Memorandumu imzaladıq.
Memorandum çərçivəsində Pul siyasəti, ödəniş sistemləri və maliyyə texnologiyaları, həmçinin bank, sığorta və kapital bazarlarının tənzimlənməsi və onlara nəzarət sahələrində əməkdaşlıq inkişaf etdiriləcək, mərkəzi bankçılıq sahəsində qabaqcıl təcrübə və bilik mübadilələri təşviq olunacaq”, – paylaşımda qeyd edilib.
TREND
- Zəngilanda Şəhər Günü atəşfəşanlıqla qeyd olunub
- Süni intellektlə səsinizi kopyalayıb pulunuzu alırlar – XƏBƏRDARLIQ
- Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
- Milli Məclisin növbəti iclası oktyabrın 23-də keçiriləcək
- BP: “Şahdəniz” layihəsi çərçivəsində dənizdə tikinti işlərinə start verilib
- Azərbaycanda məktəbdə şagirdlər arasında dava olub
- DVX rəqəmsallaşma və süni intellekt vasitəsilə vergi nəzarətini gücləndirir
- “Tiktok” vasitəsilə kredit götürmək istədi, başına iş gəldi


