Ukrayna Prezidenti Vladimir Zelenski aprelin 10-da Türkiyəyə səfər edəcək və həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
BAKU.NEWS xəbər verir ki, bu barədə “RİA Novosti”yə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.
“Zelenski şənbə günü Türkiyəyə işgüzar səfər edəcək və Prezidentimizlə İstanbulda danışıqlar aparacaq. Onların birgə mətbuat konfransı planlaşdırılır”,-deyə mənbə bildirib.
Yaxın gələcəkdə səfərin rəsmi olaraq elan ediləcəyi qeyd olunub.
Bundan əlavə Fransanın Ukraynadakı səfiri Etyen de Ponsen Zelenskinin həftəsonu Fransaya səfər edəcəyini açıqlayıb.


