Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Zəfər Gününə həsr olunmuş konsert təşkil olunacaq.
BAKU.NEWS xəbər verir ki, noyabrın 7-də təşkil olunacaq musiqili gecədə Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Simfonik Orkestrinin və Xalq artisti Gülbacı İmanovanın bədii rəhbəri olduğu Azərbaycan Dövlət Xor Kapellasının ifasında yerli bəstəkarların əsərləri səslənəcək.
Konsertin biletlərini iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.


