Vətən müharibəsindəki qələbəyə həsr olunmuş “Zəfər” (www.zefer.az) saytı ictimaiyyətə təqdim olunub.
BAKU.NEWS xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən təqdimat mərasimində dövlət rəsmiləri, QHT nümayəndələri, media qurumlarının rəhbərləri, ictimai-siyasi xadimlər iştirak ediblər. Təqdimat zamanı 44 günlük Vətən müharibəsinə həsr olunmuş videoçarx nümayiş olunub.
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova saytın Prezident İlham Əliyevin tapşırığı ilə yaradıldığını bildirib. O qeyd edib ki, sayt ensiklopedik formatda və üç dildə fəaliyyət göstərəcək.


