“2027-ci ildə Azərbaycanın dövlət büdcəsinin cari xərclərinin 26,4 milyard manat, büdcənin qeyri-neft-qaz gəlirlərinin isə 23,75 milyard manat olacağı gözlənilir. Yəni, gələn il qeyri-neft-qaz gəlirləri cari xərclərin 90%-i qarşılayacaq. Hökumət 2030-cu ilə qədər bu rəqəmi 100%-ə çatdırmaq istəyir. Bunun üçün isə əsasən qeyri-neft-qaz sektorundan vergi daxilolmaları artmalıdır”.
Bunu Musavat.com-a açıqlamasında maliyyəçi-ekspert Namiq Hüseynov bildirib.
O qeyd edib ki, hökumət hədəfinə nail olmaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin büdcə öhdəliyini hər il artırır:
“Məsələn, 2027-ci ildə qurum büdcəyə 18,4 milyard manat “xeyir verməlidir” ki, bu da 2026-cı illə müqayisədə 9% çoxdur. Amma çalışmaq lazımdır ki, vergi daxilolmalarındakı artım iqtisadiyyatdakı mövcud dəyər üzərində vergi yükünün artırılması hesabına deyil, vergitutma bazasının genişləndirilməsi, “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması hesabına olsun. Biznesə nəzarəti gücləndirmək, büdcə üçün gəlir mənbələrinin sayını artırmaq lazımdır, amma bu məsələdə xüsusilə mikro, kiçik və orta sahibkarlıq (MKOS) subyektləri ilə ehtiyatlı davranmaq lazımdır. Nəzərə almaq lazımdır ki, onların imkanları iri sahibkarlıq subyektləri ilə müqayisədə xeyli azdır. Yəni, vergi orqanları işini elə qurmalıdır ki, MKOS-lar fəaliyyətlərini daha da genişləndirməkdə, büdcəyə ödəniş etməkdə maraqlı olsunlar, fəaliyyətlərini dayandırmağı seçməsinlər. Sahibkarlığın inkişafı üçün dövlətin dəstək mexanizmlərinin gücləndirilməsinə də ehtiyac var. Xüsusilə güzəştli kreditlərin verilməsi, faizlərin subsidiyalaşdırılması, istehsal olunan məhsulların daxili və xarici bazarlara çıxarılması ilə bağlı daha ciddi addımlar atılmalıdır, iş adamlarının qarşısında bütün maneələr aradan qaldırılmalıdır”.
TREND
- İşçilər bu halda narkoloji müayinədən keçiriləcəklər – Yeni qayda
- Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı
- Hökumətin yeni vergi hədəfi
- Nazirlər Kabinetindən internet provayderlərlə bağlı qərar
- MN-in intellektual bölmələrində yeni seçim meyarları müəyyənləşib
- Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib
- Azərbaycan nümayəndələri Ermənistana gedir
- Rolls-Royce yeni incəsənət əsəri olan Backgammon dəstini təqdim edib


