“Sülh körpüsü” Təşəbbüsü çərçivəsində Azərbaycan nümayəndələrinin Ermənistana səfəri gözlənilir”.
Bu barədə “Erməni Şurası” İctimai Təşkilatının sədri Areq Koçinyan “Facebook” hesabında məlumat yayıb.
O bildirib ki, təşəbbüs çərçivəsində növbəti görüşün Ermənistanda keçirilməsi planlaşdırılır:
“Sülh körpüsü” Təşəbbüsünün davam etdiyini təsdiqləyirik. Hazırda növbəti görüşə hazırlıq işləri aparılır. Dialoqu davam etdirmək və sülh prosesinə töhfə vermək məqsədilə azərbaycanlı tərəfdaşlarımızı Ermənistanda gözləyirik. Görüşün tarixi, gündəliyi və digər təşkilati məsələlərlə bağlı ictimaiyyətə yaxın vaxtlarda məlumat veriləcək”.
Qafqazinfo


