Şuşa və Ağdam məscidlərinə yeni imam müavinləri təyin olunub.
Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, komitə sədri Ramin Məmmədovun müvafiq əmrlərinə əsasən, rotasiya qaydasında Nicat Xudiyev Şuşa şəhəri üzrə imam müavini vəzifəsindən Şuşa şəhərində yerləşən “Yuxarı Gövhər ağa” məscidinə imam müavini vəzifəsinə, Rövşən Məmmədov isə Ağdam rayonunun Xındırıstan kənd məscidindəki imam müavini vəzifəsindən Ağdam şəhərinin “Cümə” məscidinə eyni vəzifəyə təyin edilib.
Vurğulanıb ki, işğaldan azad edilmiş ərazilərdə azan səslərinin yenidən ucalması və ibadət məkanlarının dindarların istifadəsinə verilməsi Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərin nəticəsidir.
Çıxışlarda Qarabağ və Şərqi Zəngəzur bölgələrində dini ibadət ocaqlarının tikintisi, əsaslı təmiri və bərpası istiqamətində həyata keçirilən tədbirlərə görə ölkə rəhbərliyinə minnətdarlıq ifadə olunub. (Modern)
TREND
- Polkovnik Əflatun Məmmədov rüşvətə görə həbs edildi
- Kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır
- General Nizami Məmmədov haqda – Yekun qərar verildi
- Prezident mühüm fərman İMZALADI
- Nazirdən 1 ildir pulunu ala bilməyən pambıqçılarla bağlı – AÇIQLAMA
- Tamam Bayatlı BP-dən getdi
- İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir
- Mikayıl Cabbarov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb


