“Yuventus” klubu İtaliya A Seriyasının ilk tur matçında “Sampdoriya”nı qəbul edib.
BAKU.NEWS-un məlumatına görə, Turindəki “Alyans – Yuventus” stadionunda keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 3:0.
Hesabı 13-cü dəqiqədə Deyan Kuluşevski açıb. 79-cu dəqiqədə Leonardo Bonuççi fərqi artırıb. 88-ci dəqiqədə isə Kriştianu Ronaldu oyunda son nöqtəni qoyub.
Turun əvvəlki görüşləri belə nəticələnib:
“Fiorentina” – “Torino” – 1:0
“Verona” – “Roma” – 0:0
“Parma” – “Napoli” – 0:2
“Cenoa” – “Krotone” – 4:1
“Sassuolo” – “Kalyari” – 1:1
Tura sentyabrın 21-də keçiriləcək “Milan” – “Bolonya” matçı ilə yekun vurulacaq.


