Bakı-Qazax magistralının Goranboydan keçən hissəsində ağır qəza baş verib.
BAKU.NEWS xəbər verir ki, mikroavtobusla yük maşınının toqquşması nəticəsində 1976-cı il təvəllüdlü, Şəmkir rayon sakini Hikmət Əhmədov hadisə yerində dünyasını dəyişib.
Qəza zamanı 1965-ci il təvəllüdlü Mehriban Mirzeyeva və 1998-ci il təvəllüdlü Nigar Həsənova ağır yaralanıb. Onlar Xəstəxanaya yerləşdirlib.
Faktla bağlı araşdırma aparılır.

