Yevlax rayonunda zəncirvari qəza baş verib.
BAKU.NEWS-un verdiyi xəbərə görə, martın 20-də rayon ərazisindən keçən magistral yolda “VAZ 2106”, “Mercedes” və “Hyundai” markalı avtomobillər toqquşub.
Qəza nəticəsində üçü azyaşlı olmaqla, yeddi nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.


