Elektron Təhlükəsizlik Xidmətinin Rəqəmsal Təhqiqat Mərkəzinin araşdırması nəticəsində məlum olub ki, yerli təşkilatlardan birinə məxsus veb-resurs kiberhücuma məruz qalıb.
Elektron Təhlükəsizlik Xidmətindən (ETX) bildirilib ki, kibercinayətkarlar serverə zərərli kod və fayllar yerləşdirərək ondan digər ölkələrin informasiya sistemlərinə icazəsiz müdaxilə üçün istifadə ediblər.
“Eyni zamanda, həmin infrastruktur vasitəsilə istifadəçilərin fişinq məqsədli saxta resurslara yönləndirilməsi təmin olunub. Elektron Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi operativ tədbirlər sayəsində zərərli fayllar serverdən tamamilə silinib, potensial boşluqların işlək mexanizmləri yoxlanılıb və informasiya sisteminin normal iş fəaliyyəti bərpa edilib. Elektron Təhlükəsizlik Xidməti hadisə ilə əlaqədar informasiya sistemləri sahiblərinə bir daha sistem və infrastrukturlarının kibertəhlükəsizlik tələblərinə uyğunluğunun yenidən qiymətləndirilməsini və zəruri təhlükəsizlik tədbirlərinin tətbiqini daim nəzarətdə saxlanılmasını tövsiyə edir”, – deyə qurumun yaydığı məlumatda bildirilir.
TREND
- “Qeyd-Sosial Maarifləndirmə” İB ilə “Loqos” arasında memorandum imzalanıb
- Ədliyyə Nazirliyində peşə bayramı: “Müasir tələblərə uyğun fəaliyyət…”
- Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
- Elçin Babayevin BDU dövrü: Tələbəyə qayğı, şəhid övladlarına diqqət, təhsilə töhfə və yadda qalan təşəbbüslər
- Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
- Sevinc Maniyeva vəfat etdi
- Elçin Babayev Ramiz Mehdiyevin tapşırığı ilə Çexiyada Eldar Həsənovla görüşübmüş – SENSASİYA
- Deputatdan nazirliklərə xəbərdarlıq: “Parlamentdə adlarını çəkəcəyəm”


