“Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, t.ü.f.d. Yazgül Abdıyeva Milli Televiziya və Radio Günü münasibəti ilə KİV nümayəndələrini təbrik edib.
BAKU.NEWS xəbər verir ki, təbrikdə deyilir:
“6 noyabr Milli Televiziya və Radio Günüdür. Belə ki, 1926-ci ilin bu günündə Azərbaycan radiosu fəaliyyətə başlayıb. İndiki müharibə dövründə də uğurla istifadə olunan bu kommunikasiya modeli həm əhalinin cəbhədə baş verən hadisələrlə bağlı geniş məlumat əldə etməsinə, həm də informasiya müharibəsində baş verə biləcək kənar hücumlardan qorunmağa mühüm rola malikdir.
Bu saһədə çalışan hәrkəsi təbrik edirəm”!


