Azərbaycanın müasir siyasi sistemi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması və Ümummilli Lider Heydər Əliyevin partiyaya Sədr seçilməsi faktiki olaraq Azərbaycanda müasir siyasi sistemin yaranmasına səbəb olmuşdur. Çünki Yeni Azərbaycan Partiyası o vaxtkı antimilli iqtidara qarşı müxalifət kimi yaranmışdır.
BAKU.NEWS xəbər verir ki, bunu YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov deyib.
O bildirib ki, Yeni Azərbaycan Partiyasının yaranması bütün Azərbaycanda böyük əks-səda vermişdir. Azərbaycanın müxtəlif bölgələrindən partiyaya üzv olmaq istəyənlərin axını müşahidə edilirdi və qısa müddət ərzində Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsinə, ümumxalq partiyasına çevrildi.
Hazırda partiyanın sıralarında 800 minə yaxın üzvün birləşməsi Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin siyasətinə inamın, dəstəyin ifadəsidir. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın tarixi Zəfərimizin reallıqları fonunda 2021- ci ildə keçirilən VII qurultayında bu əminliyi ifadə etdi ki, YAP ənənələri olan partiyadır. YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.
C.Quliyev


