“World” Təhsil və İnkişaf Platformasının fəaliyyətinin 13-cü ildönümü münasibətilə “World Networking Day” adlı tədbir keçirilib.
Tədbirdə platformanın dostları, uzun illər ərzində əməkdaşlıq etdiyi tərəfdaşlar, rəsmi qonaqlar, eləcə də tikinti, maliyyə, hüquq, təhsil, psixologiya və digər sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.
Tədbirin açılışında Milli Məclisin deputatı Ceyhun Məmmədov çıxış edib. O, bu cür networking tədbirlərinin biznes əlaqələrinin inkişafı və yeni əməkdaşlıqların qurulması baxımından əhəmiyyətini vurğulayıb, “World” Təhsil və İnkişaf Platformasının fəaliyyət istiqamətlərindən danışıb.
Daha sonra platformanın 13 illik fəaliyyəti, həyata keçirdiyi təhsil layihələri, təşkil etdiyi forum və seminarlar, eləcə də tədris istiqamətləri barədə iştirakçılara məlumat verilib.
Tədbirin davamında sahibkarlar arasında müxtəlif networking oyunları keçirilib. Oyunlarda qalib gələn iştirakçılara hədiyyələr təqdim olunub.
Yaxın 80 sahibkarın qatıldığı tədbirdə yeni işgüzar əlaqələrin qurulması, əməkdaşlıqların genişləndirilməsi və yeni layihələrin başlanması üçün imkanlar yaradılıb.













