Vətəndaş pulunu ödədiyi tozsoranı “Baku Electronics” təhvil ala bilmir.
Elgün Abbasov adlı sosial şəbəkə istifadəçisi aldığı tozsoranın “Baku Electronics” tərəfindən vəd olunan müddətdə çatdırılmadığını bildirib.
E.Abbasovun sözlərinə görə, oktyabrın 31-də şirkətin “Crescent Mall”dakı filialından tozsoran alıb. Satış zamanı ona məhsulun yalnız Əhmədli filialında olduğu və üç iş günü ərzində evinə yaxın filiala göndəriləcəyi bildirilib.
Müştəri qeyd edib ki, vəd olunan müddət keçsə də, tozsoran razılaşdırılan filiala çatmayıb. O, 24 saatdan çoxdur ki, şirkətin çağrı mərkəzindən çatdırılma barədə məlumat ala bilmədiyini də yazıb.
Şəbəkə istifadəçiləri müştəriyə ödəniş etdiyi filialdan pulun qaytarılmasını tələb etməyi, nəticə olmasa qısa zamanda Antiinhisar və İslehlak Bazarına Nəzarət Dövlət Agentliyinə şikayət etməyi və ya məhkəməyə müraciət etməyi təklif ediblər.
“Baku Electronics” isə sosial şəbəkədə şikayətlə bağlı paylaşıma hələlik cavab verməyib. (Plat.az)
TREND
- Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu
- “Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”
- İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü
- Əsabil Qasımov Ramiz Mehdiyevin gömrük sədri olmalı imiş – ŞOK SİYAHI
- “Megastore” marketdə “Sirab” suyunun qiymətini fərqli satdılar – 4 min manat cərimə qüvvədə qaldı
- Vətəndaş pulunu ödədiyi tozsoranı ala bilmir – “Baku Electronics”dən şikayət
- 24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb
- “Uber Az” yeni brend altında xidmətini davam etdirəcək


