Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Goranboy Dövlət Yol Polisinə (DYP) yeni rəis təyin olunub.
BAKU.NEWS “Qafqazinfo”a istinadla xəbər verir ki, əmrə əsasən, sözügedən vəzifəyə Əmiraslanov Səbuhi Abdulla oğlu gətirilib.
O, bu təyinata qədər Şəmkir DYP-nin rəis müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, Goranboy DYP-nin əvvəlki rəisi polis mayoru Müşviq Əliyev vəzifəsindən azad olunaraq, Sabirabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə rəis təyin edilib.


