Qarabağda düşmənə qarşı aparılmış 44 günlük müharibənin vurduğu zərbənin şokunu neytrallşdırmaq üçün düşmən və onun himayədarları, onların içimizdə bəslədikləri 5-ci kolon mənsubları aşikar və aktiv bir şəkildə hücuma keçiblər. Hədəfdə Zəfər tariximizi yazan ordumuz, Ordunu Zəfərlərə çatdıran Ali Baş Komandanımız və bu yolda qətiyyətlə yürüyən digər hərbi strukturlar var.
Bunu hər birimiz görməkdəyik və hiss etməkdəyik. Bu düşmənin bizə qarşı apardığı bir hibrid müharibəsidir. Kimlərsə bilərəkdən, kimlərsə də bəlkə də fərqinə varmadan bu düşmən oyununun oyunçularına çevriliblər. Hibrid müharibəsi (ing. hybrid warfare) — təcavüzkarın klassik hərbi müdaxiləyə müraciət etmədiyi, ancaq gizli əməliyyatlar, təxribatlar, kiberhücumlar kombinasiyasından istifadə edərək düşmən bölgəsində fəaliyyət göstərən üsyançılara, narazı qruplara, sosial təbəqələrə və s. dəstək verən bir müharibə taktikasıdır. Eyni zamanda, bu müharibə növündə hərbi əməliyyatlar ümumiyyətlə, aparılmaya bilər və rəsmi nöqteyi-nəzərdən sülh dövründə hibrid müharibəsi davam edə bilər. Düşmən bu taktikadan 90-cı illərdə güclü bir şəkildə istifadə edib və bu gün meydanda uduzduğu bir savaşı bu üsulla qazanmağa çalışır. Ona görə də hər birimiz bir vətəndaş kimi ehtiyyatlı olmalıyıq.
Məkrli düşmənin atacağı addımları köhnə döyüşçülər olaraq, bildiyimizə görə, bu nüansları daim diqqətdə saxlamaqdayıq. Son günlər «Tərtər işi» adıyla tanınan bəi xainlərin ətrafında müzakirələrə geniş yol verilməsi, məhz bu taktikanın tərkib hissəsidir. Xalqın Zəfərdən sonrakı həssas duyğularını manipulyasiya edərək öz çirkin məqsədləri üçün istifadə etmək meyilləri ortadadır. Hər dəfə düşmən üzəridə müəyyən uğurlar qazandığımız zaman eyni adamlar və eyni hədəflərlə informasiya məkanında peyda olurlar.
Xatırladım ki, «Tərtər işi» ilə bağlı hüquq müdafiəçilərinin “Tərtər İşi” kimi qeyd etdikləri hadisələr zamanı bizə məlum olan faktlar, 8 nəfər hərbçinin işgəncə verilməklə qəsdən sağlamlıqlarına ağır xəsarət yetirməklə ölümlərinə səbəb olma, Dövlət Təhlükəsizlik Xidməti və Hərbi Prokurorluq tərəfindən 27 nəfər əsgər və zabitin dövlətə xəyanət və digər maddələrlə həbsə alınması, 4 nəfər mülki şəxsin Daxili İşlər Nazirliyi tərəfindən saxlanılması və sonradan dövlətə xəyanət maddəsi olmadan, digər ittihamlarla həbs olunması, işgəncə verməklə 8 nəfər hərbçinin ölümünə səbəb olmuş, həmin əməllərə görə təqsirli bilinərək 18 nəfər hərbi qulluqçuların azadlıqdan məhrum edilməsi və işgəncələr altında öldürülən şəxslərdən 3 nəfərin ölümünə görə, digər 5 nəfərin isə barəsində olan cinayət işlərinə bəraətverici əsaslarla xitam verilməsindən ibarətdir. Bu xəyanət işinə görə 25 nəfər mühakimə olunub və bu işdə işgəncə faktına görə isə 18 nəfər azadlıqdan mərhum edilməsi faktı var. Əməlləri sübuta yetirilmiş bəzi xainlər və onların himayədarlarının şər-böhtan kompaniyalarından belə aydın olur ki, erməniyə işləmək deyil, erməniyə işləyən üzdəniraqlara işğəncə vermək, sən demə cinayətmiş. Məntiqi bir sual ortaya çıxır. Necə oldu ki, «işgəncə yolu ilə», yalnız 25 nəfər öz etdiklərini boyunlarına götürdülər, amma 100 -dən artıq hərbçi isə bəraət aldılar?
Deməli faktlar yetərincə araşdırılıb və biz müharibə veteranları olaraq xainlərin ən ağır cəza ilə cəzalandırılmasını tələb edirik. Hərbi Prokurorluq bu bəraət qərarlarına diqqət yetirməlidir və bu qərarlara yenidən baxmalıdır.
Xüsusən də orduya sonradan cəlb edilmişləri cəmiyyətə az qala peşəkar hərbçi, qəhrəman döyüşçü kimi təqdim edən satqın zehniyyət sahibləri, işğəncə faktına görə həbs olunanları az qala Vətən «xaini» kimi təqdim etməkdədirlər. Həqiqətin üzünə tüpürən bu xainlər şəbəkəsinin təbirincə, ordu, Hərbi Prokurorluq, məhkəmə və ölkədə hər kəs xainmiş, sadəcə düşmənlə iş birliyi içində olan bu şəbəkə isə çox cəfakeş «komandanlar» imişlər.
Hətta bu xəyanətləri bilib xəbər verməyən hər bir şəxs cinayət məsuliyyətinə alınmalıdır. Vaxtilə Rusiyanın sifarişi ilə “Qarabağ ermənilərinin təhlükəsizliyi” adı altında Azərbaycan Ordusunda xain şəbəkə yaratmış yüksək vəzifəli şəxslər tam ifşa olunmalıdır.
Məsələn, Tərtər Hərbi Məhkəməsinin hökmü ilə 19 il müddətinə azadlıqdan məhrum edilmiş Zeydullayev Sultan Ramazanoviç istər ibtidai istintaqda, istərsə də məhkəmə istintaqı zamanı ifadəsində bildirib ki, o, Ermənistan xüsusi xidmət orqanlarına kapitan Süleyman Kazımov tərəfindən təhvil verilib və bundan sonra erməni kəşfiyyatı ilə əməkdaşlıq edib. Hətta S. Zeydullayev məhkəmədə son söz bildirərkən hakim ona sual edib ki, “səni ermənilərə kim təhvil vermişdi?” Cavab yenə eyni olub: “Süleyman Kazımov!”
Amma həmin kapitan Süleyman Kazımov ölümündən sonra bəraət aldı, indi onun barədə qəhrəman xarakterli videoreportajlar da hazırlanır.
Amma S. Zeydullayev isə 19 il azadlıqdan məhrum etmə yerində cəza çəkəcək.
İndi isə yayınladığımız yazılardan sonra bu üzdəniraqlara görə həbsə məruz qalmış o cinayətkar deyilən bir xüsusi təyinatlının məhkəmədəki son sözlərini sizlərə təqdim edirik: «Vətənə xəyanətə görə həbs edilən hərbçilərə işğəncə verməkdə şübhəli bilinərək həbs edilmiş Qrup komandiri leytenant Mikayılov Ruslanın məhkəmədə son sözü:
«Cənab hakim! Biz hərbçi sənətini seçəndə, formanı geyinəndə Vətən üçün şəhid, qazi olmağı göz önünə almışdıq, döyüşlərdə silahdaşlarımızdan bir neçəsi şəhid oldu, qazi oldu amma bizə o yüksək ad qismət olmadı, o zirvəyə qalxa bilmədik.
Vətən üçün Şəhid,Qazi olmadıqsa da ,talehimizdə Vətən üçün zindanda yatmaq da var imiş.
Təki Vətən sağ olsun!»
Vətənə xəyanətə görə həbs edilmişlərə işğəncə verməkdə şübhəli bilinən və həbs edilən gizir Maşayev Sənanın məhkəmədə son sözü:
«Cənab hakim! Kimsə elə bilməsin ki, biz dövlətimizdən küskünük, nədənsə peşmanıq, biz sınmışıq. Biz, şərtlər nə olursa, olsun dövlətimizə xidmət üçün yetişdirilmişik, belə tərbiyə görmüşük.
Bizi belə böyüdüblər.
İki ilə yaxındı burdayıq, amma bir dəfə valideynlərimiz bir dövlət orqanının qapısını döyüb deməyiblər ki, bizim bu qədər dövlətimiz üçün xidməti olan, düşmən arxasında saysız-hesabsız fəaliyyəti olan oğlanlarımızı niyə həbs etmisiz?
Bəlkə gəliblər?
Gəlməyiblər, gəlməyəcəklər də…
Amma görürsüz, xainlərin valideynləri dağıdır aləmi, hamı da onlara züy tutur.Dövlət üçün öldürmək də var, ölmək də var, zindanda çürümək də var.
Biz dövlətimiz üçün lazım olanı etmişik, bəlkə də hardasa qanundan kənara çıxmışıq, amma lazım olanı etmişik.
Siz yaxşı bilirsiz, xainlərin əməllərini, onların planlaşdırdıqları təxribatları, terror aktlarını və onların nə ilə nəticələnəcəyini, nə qədər itki verəcəyimizi…
Bu gün azı 200 hərbçi, ailə başçısı rahat evində, ailəsinin başındadı, amma bu olmaya da bilərdi, bu işi biz vaxtında açmasaydıq.
Bu gün, biz burdayıq, Vətən sağ olsun, amma bu xəyanətkarların əməlləri vaxtında aşkarlanmasaydı, bəlkə də biz qarışıq 100-lərlə hərbçimiz həyatda deyildi və həmçinin neçə-neçə qəhrəman oğullarımızın qanı bahasına aldığımız yüksəkliklər düşmənin nəzarətinə keçəcəkdi, dövlətimiz, xalqımız yenə düşmən önündə başı aşağı olacaqdı. Qarabağla bağlı arzularımız bir dəfəlik puç olacaqdı.
Amma biz buna imkan vermədik, bu yanımda oturan oğlanların sayəsində.
Tarixdə həmişə qəhrəmanlar olub, amma elə qəhrəmanlar olub ki, onların əməlləri, adları 10 illər sonra üzə çıxıb.
Biz qəhrəmanlıq eşqində deyilik, heç fikrimiz də yoxdu.
Bizim üçün həmişə bir amal olub: «Söz konusu Vatansa gerisi təfərrüatdı».
Təki Vətən sağ olsun!»
Bu gün də üzdəniraq vətənşüvənlər bu günahı yerinə yetirilmişləri cəmiyyətə qəhrəman kimi təqdim etməyə çalışırlar. Valideynlərə gəldikdə isə onlar dəxli olmayan hədəflərə eyni taktika və birgə olaraq hücuma keçmələri də təsadüfi deyil. Belə çıxır ki, bir vaxtlar onların böyütdükləri övladlardan istifadə etmiş şəbəkə, eyni şantajla bu şəxslərin valideynllərindən istifadə etməkdədirlər. Ayıq olun. Ölkə daxilində artıq hər kəs bu xainlərin əməllərindən xəbərdardırlar. Ona görə də xarici ölkələrdə ölkəmizə qarşı və ölkə rəhbərliyinə, ordumuza qarşı düşmən sifarişlərini yerinə yetirənlər bu adamlara qucaq açıblar. Orduyla təmasda olan hər kəs bu xainlərin əməllərindən xəbərdardırlar və çox güman ki, aidiyyatlı orqan olan Hərbi Prokurorluğu, digər güc strukturlarını hədəfə almaqla hələ də cəzasız qalan xainləri qorumağa çalışırlar. Əlbəttə ki, bu adamların içində günahsız olduğuna görə bəraət alanlar da var. Amma «Sergey mənim sevgilimdi» deyən üzdəniraqları, bu faktlar, törətdiyi cinayətlərdən təmizləyə bilməz. Ona görə də bu xainlərin əməlləri nə qədər utancverici olsa da yaymaq lazımdır. Bu gün «oğlum» deyə yaxa cırdıqları vələdüznaların kim olmasını bu xalq bilməlidir.
Özünü bu gün, güya insan hüquqlarının müdafiəçisi kimi xalqa sırımaq istəyən xain xislətlilərə deyirik: «Onlar öncə insan olmalıydılar ki, bu gün də haqları olaydı. İnsan olan Vətənə xəyanət etməz». Abbas Səhhət əbəsdən deməyib ki,
«Vətəni sevməyən insan olmaz,
Olsa da ol şəxsdə vicdan olmaz!»
Yəni əməlində xəyanəti olan şəxsləri müdafiə etmək, ən azı bir xainlikdir.
Mövzuya qayıdacağıq…


