Vergi borclarına görə hesablanan faizlərin iki dəfə azaldılması təklif olunur.
Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, ixracyönümlü fəaliyyətin stimullaşdırılması da nəzərdə tutulan dəyişikliklərin əsas istiqamətlərindən biridir: “Bu istiqamətdə ixrac fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri üçün əlavə vergi təşviqlərinin tətbiqi təklif olunur. Təklif edilən təşviqlər yalnız malların deyil, həm də xidmətlərin ixracını əhatə edir. Bu dəyişikliklər yerli sahibkarlıq subyektlərinin xarici bazarlara çıxış imkanlarının genişləndirilməsinə və ölkənin ixrac potensialının artırılmasına yönəlib”.
O qeyd edib ki, müsbət yeniliklərdən biri də vergi öhdəliklərinin müəyyən edilmiş müddətdə yerinə yetirilməməsinə görə gecikdirilmiş hər gün üçün hesablanan faizlərin iki dəfə azaldılmasının təklif edilməsidir: “Bununla yanaşı, maliyyə sanksiyalarının daha qısa müddətdə ödənilməsini stimullaşdırmaq məqsədilə əlavə təşviq mexanizmlərinin tətbiqi də nəzərdə tutulur.”
TREND
- “Uber Az” yeni brend altında xidmətini davam etdirəcək
- Hikmət Hacıyev: Azərbaycan Radiosu milli dəyərlərin təbliğində mühüm rol oynadı
- Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub
- Prezidentlə xanımı Cəbrayıla getdi
- Beynəlxalq sammitin iştirakçıları “ASAN xidmət”də
- Sabunçu Tibb Mərkəzində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
- Sabah yağış yağacaq, şimşək çaxacaq
- “World” Təhsil və İnkişaf Platformasının 13 illiyi qeyd olunub


