General-mayor Zaur Cavanşirin anası Mamedova Gülürabə Əyyub qızı sentyabrın 13-ü gecə saatlarında dünyasını dəyişib.
BAKU.NEWS Bizim.Media-a istinadla xəbər verir ki, bu barədə redaksiyamıza generala yaxın mənbələrdən məlumat daxil olub.
Mərhum Ağcəbədi rayonunda dəfn olunacaq.
Allah rəhmət eləsin.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru olan Zaur Sabir oğlu Cavanşir (Məmmədov) Vətən müharibəsinin komandanlarından biri və Vətən Müharibəsi Qəhrəmanıdır. Generalın Şuşanın azad edilməsində müstəsna xidmətləri olmuş və Şuşanın ilk komendantı təyin edilmişdir.


