20 il öncə Ukraynada iş adamı Elçin Əliyevi öldürməkdə təqsirləndirilən Milli Qəhrəman, general-leytenant Rövşən Əkbərovun apellyasiya məhkəməsi keçirilib.
BAKU.NEWS “Qafqazinfo”a istinadla xəbər verir ki, prosesdə R.Əkbərovun vəkilləri çıxış ediblər.
Onlar generalın günahsız olduğunu və ona bəraət verilməsini istəyiblər.
Növbəti prosesdə yekun qərar veriləcəyi gözlənilir. Məhkəmə dekabrın 27-də davam etdiriləcək.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edilib.


