Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçaturyan Vaqif Çerkezinin cinayət işi üzrə oktyabrın 24-də növbəti məhkəmə iclası keçirilir.
BAKU.NEWS xəbər verir ki, məhkəmə prosesində zərərçəkmiş şəxslər ifadə verirlər.
Onlar V.Xaçaturyanın Meşəlidə və ətraf ərazilərdə öz dəstəsi ilə törətdiyi cinayətlərdən danışırlar.
Vaqif Xaçatryanın məhkəmə iclasında o, Azərbaycan xalqından üzr istədiyini bildirib.
“Mən bəzi ermənilərin törətdiyi hadisələrə görə Azərbaycan xalqından üzr istəyirəm”, – o deyib.
Qeyd edək ki, Vaqif Xaçaturyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələri ilə təqsirləndirilir.


