Birləşmiş Millətlər Təşkilatının (BMT) Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Ağıllı Şəhərlər: Potensialın Artırılması Vasitəsilə Şəhər Dayanıqlılığının Yaradılması” adlı tədbir baş tutub. Tədbir BMT-nin Təlim və Tədqiqat İnstitutu (UNITAR) tərəfindən təşkil olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhəmmədəli Xudaverdiyev Azərbaycanda dövlət xidmətləri sahəsində həyata keçirilən islahatlar, Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” modelinin və “ASAN kommunal” mərkəzlərinin vətəndaşlara kommunal xidmətlərin vahid məkanda, əlçatan və şəffaf formada təqdim edilməsinə verdiyi töhfə, həmçinin innovativ həllərin dayanıqlı şəhər inkişafı və dövlət xidmətlərinin effektiv idarə olunmasında rolunu diqqətə çatdırıb. Hazırda “ASAN xidmət” təcrübəsinin ixracı istiqamətində 30-dan çox dövlətlə əməkdaşlıq edildiyi barədə məlumat verib.
UNITAR nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə də tanış olub və 2023-cü ildə tərəflər arasında imzalanmış Anlaşma Memorandumunun icrası istiqamətində görülmüş işlər, planlaşdırılan layihələr barədə müzakirələr aparılıb.
TREND
- Kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır
- General Nizami Məmmədov haqda – Yekun qərar verildi
- Prezident mühüm fərman İMZALADI
- Nazirdən 1 ildir pulunu ala bilməyən pambıqçılarla bağlı – AÇIQLAMA
- Tamam Bayatlı BP-dən getdi
- İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir
- Mikayıl Cabbarov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- ASAN Xidmətin Xorvatiyada tətbiqi müzakirə olunub


