Ukraynada millət vəkili 33 yaşında dünyasını dəyişib.
BAKU.NEWS “Tass”a istinadən xəbər verir ki, “Gələcək naminə” pariyasından olan millət vəkili Anton Polyakovun cəsədi paytaxt Kiyevin Dnepropetrovsk rayonunda aşkar edilib.
Hüquq-mühafizə orqanlarının verdiyi ilkin məlumata görə, təcili tibbi yardımın həkimləri ona tibbi müdaxilə etməyə çalışsalar da, onun artıq dünyasını dəyişdiyi məlum olub. Hazırda polis əməkdaşları hadisə baş verən ərazidə zəruri istintaq əməliyyatları həyata keçirirlər.
Millət vəkilinin ölüm səbəbini aydınlaşdırmaq üçün cəsədi məhkəmə-tibbi ekspertizasına göndəriləcək.
Faktla bağlı cinayət işi başladılıb.


