2026-cı ilin ilk üç ayı ərzində TƏBİB tabeli tibb müəssisələrinə 4 261 şəhid ailəsi üzvü tərəfindən 14 645 müraciət daxil olub. Müraciətlər əsasında onlara ümumilikdə 51 183 adda müxtəlif tibbi xidmət göstərilib.
Tibbi xidmətlər, əsasən, terapevtik, kardioloji, endokrinoloji, nevroloji, laborator-diaqnostik və radioloji istiqamətləri əhatə edib.
Bununla yanaşı, YAŞAT Fondu tərəfindən 12 müraciət araşdırılaraq müvafiq dəstək göstərilib.
Qeyd edək ki, hazırda TƏBİB-in tabeli tibb müəssisələrində fəaliyyət göstərən koordinatorlar vasitəsilə şəhid ailəsi üzvlərinə növbəsiz tibbi xidmətlərin göstərilməsi, müayinələrin təşkili və zəruri hallarda yönləndirmə xidmətləri təmin olunur.
TREND
- Neftçalada “Zəfər Günü”nə həsr olunan ağacəkmə aksiyası keçirilib
- Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu
- “Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”
- İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü
- Əsabil Qasımov Ramiz Mehdiyevin gömrük sədri olmalı imiş – ŞOK SİYAHI
- “Megastore” marketdə “Sirab” suyunun qiymətini fərqli satdılar – 4 min manat cərimə qüvvədə qaldı
- Vətəndaş pulunu ödədiyi tozsoranı ala bilmir – “Baku Electronics”dən şikayət
- 24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb


