Niderlandın Məlumatların Mühafizəsi İdarəsi Avropanın məlumatların mühafizəsi qaydalarını pozduğuna görə “Uber”i 825 milyon avro (966 milyon dollar) cərimələmək qərarına gəlib.
Bu barədə “Reuters” məlumat yayıb.
Qeyd olunub ki, şirkət bu barədə onlara kifayət qədər məlumat vermədən avtomatik sistemlərin köməyi ilə sürücü hesablarını blok edib.
Bu cərimə Avropa İttifaqının Ümumi Məlumatların Mühafizəsi Reqlamentinin tətbiq edildiyi dövr ərzində ikinci ən böyük cərimə ola bilər. Bundan daha böyük yalnız avropalı “Facebook” istifadəçilərinin məlumatlarının ABŞ-yə qanunsuz ötürülməsinə görə 2023-cü ildə İrlandiya tərəfindən “Meta”ya tətbiq edilən 1,2 milyard avro məbləğindəki cərimə olub.
“Uber” cərimə ilə bağlı şikayət etmək niyyətində olduğunu bildirib. (Report)
TREND
- Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük göndərildi
- Avşar Gürdal Mastercard Şərqi Avropa regionunun prezidenti təyin olundu
- Axıska türklərinin taleyi XX əsrin ağır deportasiya faciələrindən biridir – Səfir
- Bakıda “Ahıska türkləri – itmiş sürgünün izində” sərgisi açılıb – FOTOLAR
- “Uber”i 825 milyon avro cərimə gözləyir – SƏBƏBSİZ BLOKLAMA
- “TikTok” məxfiliyi pozduğuna görə ABŞ-yə 400 milyon dollar ödəyəcək
- Əməkdar jurnalist Tofiqəxanım Qasımova vəfat etdi
- Xəzərdə zəlzələ oldu


