ABŞ-ın “Meta” korporasiyası “Ttvitter” sosial şəbəkəsinin analoqu olan “Threads” tətbiqini istifadəyə verib.
BAKU.NEWS xəbər verir ki, tətbiq istifadəyə verilməsinin ardından qısa müddət ərzində milyonlarla istifdəçi toplayaraq “Tvitter”ə meydan oxumağa başlayıb. Yeni platformaya tez qoşulanlar arasında Kim Kardaşyan və Cennifer Lopez kimi məşhurlar da var.
“Başladıq. “Threads”-ə xoş gəlmisiniz”, – “Meta”nın baş direktoru Mark Zukerberq aplikasiyadakı ilk paylaşımında bildirib. Onun sözlərinə görə, yeddi saat ərzində 10 milyondan çox istifadəçi proqrama qoşulub.


