Türkiyə ərazisində keçiriləcək “Anatolian Phoenix-2021” beynəlxalq təlimində iştirak etmək üçün Konya şəhərinə uçuş edən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus helikopterdə baş verən cüzi nasazlıq səbəbindən Giresun şəhərində məcburi eniş edib.
BAKU.NEWS xəbər verir ki, Müdafiə Nazirliyi Mətbuat Xidmətindən Musavat.com-a bildirilib ki, hazırda helikopterdə baş verən problemin aradan qaldırılması üzrə işlər həyata keçirilir və sonra uçuş marşrut üzrə davam edəcək.
Helikopterin ekipajı arasında xəsarət alan yoxdur.



