Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü İradə Əlilinin müəllifi olduğu “Kahraman Şehid Oğuz Özgür Çevik” adlı kitabın Türkiyənin İzmir şəhərində təqdimat mərasimi keçirilib.
BAKU.NEWS bildirir ki, şəhidin adını daşıyan liseydə keçirilən təqdimatda ziyalılar, yazıçılar, ixtimaiyyət nümayəndələri iştirak ediblər.
Məlumat verilib ki, kitabda cəsur hərbiçi, canını vətənə fəda etmiş Oğuz Özgür Çevik haqqında xatirələr, onun qəhrəmanlığından bəhs edən müsahibələr yer alır.
İradə Əlili kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edib: Millət vəkili, Mədəniyyət komitəsinin sədri
Qənirə Paşayevaya, doktor Bayram Yılmaz, Aysel Məmmədzadə, Leyla Babazadə, Kəmalə Ələkbərovaya,Vüqar İrəvanlı, Zəkəriyə bəy və kitaba müsahibə verən dostlar minnətdarlığımı bildirirəm. Kitabın tanıtımında böyük əməyi olan Şəhidin adını daşıyan Liseyin müdiri Öndər bəyə təşəkkür edirəm. Aliağa bələdiyyə başqanı Serkan bəyə minnətdarlığımı bildirirəm.
İradə Əlili həmçinin kitabın işıq üzü görməsində və tərtibatında əməyi olmuş Bayram Yılmaz, müsahibələrin toplanmasında dəstək olmuş Abdurrahim Aydemirin xanımı Nuray, Arzu xanıma təşəkkür edib.












