Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 94 nəfər vəfat edib.
BAKU.NEWS xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 6287 nəfər COVID-19 infeksiyasına yoluxub.
Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 6910, ağır xəstələr isə 1230 nəfər olub.


