Türkiyə Prezident seçkilərinin birinci turunun yekun nəticəsi 19 mayda açıqlanacaq.
BAKU.NEWS xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Şurasının (YSK) sədri Ahmet Yener mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, ölkə daxilində seçkilərdə seçici aktivliyi 88,92%, ölkə xarixində isə 52,69% səviyyəsində olub.
A. Yener, həmçinin əlavə edib ki, 28 mayda keçiriləcək Prezident seçkilərinin ikinci turu çərçivəsində ölkə xaricində yaşayan vətəndaşlar üçün səsvermə prosesi 23 mayda başlacaq və 24 may 2023-cü il tarixində başa çatacaq.


