Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib.
BAKU.NEWS xəbər verir ki, bu barədə nazirliyin tvitter hesabında qeyd olunub:
“Qəhrəman və nəcib Azərbaycan türkü qardaşlarımız! Bayraq Gününüz mübarək olsun! Sizinlə qürur duyuruq və Ermənistan qarşısındakı zəfərinizi bir daha təbrik edirik. İnanırıq ki, şanlı ay-ulduzumuz yaxında Qarabağda da dalğalanacaq. Biz bir millət, iki dövlətik”.


