Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın Kərkük şəhəri yaxınlığında xüsusi əməliyyat keçirib.
BAKU.NEWS Türkiyə mediasına istinadla xəbər verir ki, əməliyyat nəticəsində PKK terror təşkilatının liderlərindən biri hesab olunan Taybet Bilen və daha 2 terrorçu zərərsizləşdirilib.
MİT-in əməliyyatı Türkiyə-İraq sərhədindən 170 kilometr məsafədə həyata keçirilib.
Təşkilat PKK-nın rəhbər şəxslərinə qarşı əməliyyatları davam etdirdiyini bildirib.


