ABŞ-da Kapitoliya binasının qarşısında etirazçılarla polis arasında toqquşma baş verib. Belə ki, polis onlara qarşı gözyaşardıcı qazdan istifadə etməli olub. Yaralananlar var.
BAKU.NEWS xəbər verir ki, Konqresmen Ceyms Lenkford Tvitter hesabında etirazçıların Kapitoliya binasına daxil olaraq Senat zalını mühasirəyə aldığını bildirib.
*Saat 23:31
ABŞ Prezidenti Donald Trampın on minlərlə tərəfdarı Vaşinqtonda seçkilərin Co Baydenin qələbəsi ilə başa çatmış nəticələrinə etiraz olaraq aksiyaya başlayıblar.
BAKU.NEWS “RİA Novosti”yə istinadən xəbər verir ki, minlərlə insan Ağ Evdən cənuba doğru hərəkət etməyə başlayıb. Trampın çıxış edəcəyi gözlənilir.
Qeyd edək ki, Donald Tramp prezident seçkilərinin nəticələrini tanımadığını və nəticələrə yenidən baxılmasını tələb edir.






