Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkədə fəaliyyət göstərən laboratoriyaların texniki səriştəliliyini obyektiv qiymətləndirmək və ölçmə nəticələrinin qarşılıqlı uyğunluğunu təmin etmək məqsədilə növbəti səriştəlilik sınağını elan edir. Budəfəki sınaq qida məhsullarında yağlılıq, nəmlik və kül parametrlərinin təyini üzrə keçiriləcək.
İnstitutdan verilən məlumata görə, səriştəlilik sınaqları ISO 17043:2023 “Uyğunluğun qiymətləndirilməsi – Səriştəlilik sınaqlarına ümumi tələblər” beynəlxalq standartı əsasında təşkil olunur, qiymətləndirmə də həmin standartın tələblərinə uyğun aparılır. Sınaqda iştirak üçün noyabrın 25-dək müraciət etmək olar. Laboratoriyalar “Müraciət forması”nı doldurub info.pt@afsa.gov.az elektron ünvanına göndərməlidir.
Sınaq proqramı və iştirakla bağlı sənədlərlə AQTİ-nin rəsmi internet səhifəsinin (www.afsi.gov.az) “Xidmətlər” bölməsindəki “Səriştəlilik sınaqları” alt bölməsində tanış olmaq mümkündür. Sınaq nəticələri institutun saytında fərdi laboratoriya nömrələri ilə açıqlanacaq, nəticələrin konfidensiallığı isə tam qorunacaq.
TREND
- Fərid Zeynalov bu şəxsə YÜKSƏK VƏZİFƏ VERDİ
- DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirilib
- Qoşqar Təhməzli FAO nümayəndə heyəti ilə görüşüb
- Ağdaşda ənənə və innovasiya bir araya gələcək – Heyva festivalına sayılı günlər qaldı
- “Yelo Bank”dan Zəfər Günü hədiyyəsi – 44 gün faizsiz nağd kredit
- Zəngilan Aqroparkı yaradılır – 500 min manat ayrıldı
- Prezident bir qrup media nümayəndəsini təltif etdi – Siyahı
- Dövlət qərarlarının ikinci imzası: ictimai etimad


