Amerikanın Corciya ştatı məhkəməsi ölkənin sabiq prezidenti Donald Trampın məhkəməyə qədər azadlıqda qalması üçün 200 min dollar məbləğində girov müəyyən edib.
Bildirib ki, o, bu müddət ərzində heç bir şahidi təhdid etmədikcə sərbəst qala bilər.
Məhkəmə daha əvvəl Tramp və onunla əlbir olan 18 nəfərin cümə gününə qədər polisə təslim olmasına qərar verib.
Corciya ştatı Fulton əyaləti prokurorluğu sabiq prezident Donald Trampı 2020-ci il seçkilərinin nəticələrini öz xeyrinə dəyişmə cəhdi, reketlik və digər bir neçə maddə üzrə ittiham edir.
İttihamnamədə 41 maddə yer alır. Onlardan 13-ü Trampa qarşıdır.
Tramp bu il artıq 4-cü dəfədir ki, cinayətdə ittiham olunur.
O, bütün ittihamları rədd edib və onların siyasi motivli olduğunu bildirib.
Sabiq dövlət başçısının seçki kampaniyası rəsmiləri Amerikanı “Dünyanın Marksist Üçüncü Diktaturası” adlandırıblar.
İttiham olunanlar arasında Trampın sabiq vəkili Rudi Culiani, Ağ Evin sabiq qərargah rəisi Mark Medoz və Ağ Evin sabiq vəkili Con İstmen də var.
Qeyd edək ki, Tramp ittihamlara baxmayaraq gələn il ölkədə keçiriləcək prezident seçkilərində iştirak edəcək.
O, dövlət başçısı vəzifəsinə Respublikaçılar Partiyasından namizədlik verib.


