Azərbaycan Toxumçular Assosiasiyasının sədri Mədinə Əliyeva Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunda olub.
Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Elmar Allahverdiyev qonaqlara institutun fəaliyyəti, aparılan elmi tədqiqat işləri, yeni yaradılmış tərəvəz sortları, tərəvəz toxumçuluğunun inkişafı, yerli toxumlara olan tələbatın ödənilməsi barədə ətraflı məlumat verib. O bildirib ki, institutda qurulmuş biotexnologiya laboratoriyası, aqrokimya laboratoriyası və digər müasir laboratoriyalar günün tələblərinə uyğun mövzular ətrafında elmi tədqiqatların aparılmasına və təcrübədə yoxlanılmasına imkan verir.
Azərbaycan Toxumçular Assosiasiyasının sədri Mədinə Əliyeva institutun müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyaları, toxum emalı kompleksi, istixana kompleksləri ilə yaxından tanış olub, yerüstü və yeraltı damlama, gübrələmə və ağıllı idarəetmə sistemlərinə, sınaq əkin sahələrinə baxış keçiriblər.
Daha sonra Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu ilə Azərbaycan Toxumçular Assosiasiyası arasında qurulacaq əməkdaşlıq perspektivləri müzakirə edilib, iki qurum arasında Anlaşma Memarandomu imzalanıb.
Memorandumun məqsədi iki qurum arasında əməkdaşlığın sıx qurulması, bu əməkdaşlıq nəticəsində istehsal olunmuş keyfiyyətli və yüksək məhsuldar tərəvəz toxumların ölkə fermerlərinə çatdırılmasına dəstək olmaq, yeni yüksək məhsuldar toxum sortlarının təşviqi və təbliğatı işlərinin birgə həyata keçirmək o cümlədən toxumçuluq sahəsində yeni texnologiyaların və metodların tətbiqi uzrə mütəxəssislərin hazırlanmasında ixtisaslaşmış peşə sahibləri ilə treyninqlərin birgə təşkil etməkdən ibdarətdir.



