AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC-nin Maliyyə departamentinin direktoru işdən çıxıb.
Nəcəf Səmədov sözügedən vəzifədən ayrılıb.
Qeyd edək ki, N.Səmədov şirkətdə 2022-2022-cü illərdə Maliyyə nəzarəti və vergi şöbəsinin rəhbəri, 2023-2025-ci illərdə Maliyyə departamentinin direktor müavini olub. 2025-ci ilin sentyabrından şirkətin Maliyyə departamentinin direktoru təyin edilib.
Məlumat üçün deyək ki, bundan bir neçə gün öncə dərc etdiyimiz məlumatda da bildirdiyimiz kimi AZCON Holding-in tərkibinə daxil olan bir sıra şirkətlər arasında vahid idarəetmə mexanizmlərinin tətbiqi istiqamətində işlər aparılır. Bu çərçivədə “Azərpoçt”, “Azərkosmos”, “Aztelekom”, “AzInTelecom” və “Azercell” şirkətləri arasında vahid satış prinsipinin tətbiqi nəzərdən keçirilir. Bununla yanaşı, sözügedən şirkətlərin maliyyə departamentlərinin də vahid çətir altında fəaliyyətinin təmin edilməsi istiqamətində müzakirələr aparılır. (Plat.az)
TREND
- TƏBİB-in yeni rəhbəri məlum oldu
- Ziya bu maddələrlə bəraət aldı – Amma cəzası artırıldı
- Nəcəf Səmədov “AzInTelecom”dan GETDİ
- Energetika naziri GECF Sammitində Azərbaycanı təmsil edib
- Maşında əlinizdəki telefonu kamera çəkə bilər – Cəriməsi 50 manatdır
- Pərviz Şahbazov: “Azərbaycan enerji ixracında tərəfdaşlıqlarını genişləndirir”
- IT Brains Akademiyanın Quba filialının açılışı baş tutub
- AQTA yanında İctimai Şuranın növbəti iclası keçirilib


