Tovuz rayonunda avtomobil bir neçə mal-qaranı vuraraq öldürüb.
BAKU.NEWS xəbər verir ki, “Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə Xatınlı kəndində qeydə alınıb. “Lada Priora” markalı avtomobil kənd yolunda olan bir neçə baş iribuynuzlu heyvanı vuraraq öldürüb. Hadisə nəticəsində mal-qara sahibinə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.


