Bu gün Psixologiya üzrə fəlsəfə doktoru, “LOQOS” Psixoloji və Nitq İnkişaf Mərkəzinin təsisçisi və rəhbəri, Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyi idarə heyətinin sədri, «Psytech Azerbaijan» Psixometrik Qiymətləndirmə Mərkəzinin rəhbəri Təranə Paşayevanın doğum günüdür.
BAKU.NEWS xatırladır ki, T.Paşayeva 1981-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.
1998-2002-ci illədə Azərbaycan Dövlət İqtisad Universiteti, Maliyyə-kredit fakultəsi üzrə bakalavr dərəcəsi alıb.
2002-2004-ci illərdə Azərbaycan Dövlət İqtisad Universiteti, Maliyyə-kredit fakultəsi üzrə magister dərəcəsi alıb.
30 iyun 2017-ci ildə M.E. Jukov adına Xarkov Milli Aerokosmik Universitetinin Psixologiya fakultəsini bitirib.
16 iyun 2019–cu ildə V.M. Bexterev adına Milli Psixiatriya və Nervologiya üzrə Tibbi Elmi-Tədqiqat Mərkəzinin «Tibbi (kliniki) psixologiya » təhsil proqramını bitirərək diplom alıb.
2017-ci ildə Beynəlxalq Fundamental Təhsil Universiteti (Sankt-Peterburq şəhəri) “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin nümunəsində Azərbaycan xalqının milli ailə ənənələrinə uyğun olaraq “Ailə psixoloji məsləhətləşmənin innovativ metodologiyası” mövzusunda dissertasiya işini müdafiə edib.
Beynəlxalq Fundamental Təhsil Universiteti, Beynəlxalq Ali Akademik Şurası və Oksford Təhsil Şəbəkəsi tərəfindən Psixologiya üzrə fəlsəfə doktoru titulu alıb. Evlilik və Ailə terapiyası üzrə konsultant adını qazanıb. (14.04.2017-ci il)
2017-ci ildə Hökumətlərarası Ali Elmi Şura tərəfindən “Səhiyyə sahəsində görsətdiyi uzun illik əməyə görə” V.M. Bexterev adına medalla təltif edilib.
2018 –ci ildə Dağıstan Qadınlar Birliyinin 25 illik yubileyinə həsr olunmuş tədbirdə « Dağıstanın fəal qadınları » yubiley medalı ilə təltif olunub.
BAKU.NEWS-un kollektivi olaraq Təranə xanımı təbrik edir, yeni yaradıcılıq uğurları arzulayırıq!


