Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) telekommunikasiya sektoruna hədəflənmiş hücum cəhdini araşdırıb.
Redaksiya xəbər verir ki, qurum bununla bağlı hesabat açıqlayıb.
Hesabatla bu linkdən tanış ola bilərsiniz.
Tədqiqat zamanı əldə edilmiş indikatorlar ETX tərəfindən aktiv şəkildə istifadə olunan “misp.cert.az” – “İnsident Məlumatlarının Mübadiləsi Platforması”na da əlavə edilib. Ölkəni hədəf alan və mövcud potensial kiberhücumlar üzrə indikatorlar platforma üzərindən vaxtaşırı paylaşılmaqdadır.


