UFC turnirlərində çıxışları ilə tanınan Braziliyalı MMA döyüşçüsü Allan Nasimento 34 yaşında vəfat edib.
Bu barədə UFC-nin rəsmi “Instagram” hesabında məlumat verilib.
Bildirilib ki, idmançı səhər saatlarında ölü vəziyyətdə aşkarlanıb.
“Məlumata görə, o, yuxuda olarkən ürək tutması keçirib”, – məlumatda qeyd olunub.
Hadisə yerinə gələn həkimlər Allan Nasimentoya yardım göstərməyə çalışsalar da, onların səyləri nəticə verməyib və idmançının öldüyü təsdiqlənib.
Yüngül çəki dərəcəsində çıxış edən Nasimentonun MMA karyerasında 22 qələbə və 7 məğlubiyyət qeydə alınıb. O, UFC turnirlərində keçirdiyi 6 döyüşün 4-də qalib gəlib, 2-də isə məğlub olub.
TREND
- Sürət həddi endirilib – Sürücülərin nəzərinə!
- QHT Agentliyi BMT-nin Cenevrə Ofisinin QHT-lərlə Əlaqələr İdarəsi ilə görüş keçirib
- FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
- Avtobus palçıqlı yolda batdı
- Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib
- İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
- ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib
- İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini təltif edib


