Şuşa işğaldan azad olunduqdan dərhal sonra beynəlxalq müstəvidə dostluq və tərəfdaşlıq münasibətlərinin qurulması istiqamətində mühüm addımlar atılıb. Belə ki, müxtəlif ölkələrin 9 şəhəri ilə qardaşlaşma və tərəfdaşlığa dair protokol imzalanmışdır ki, bunlardan ikisi məhz Türkiyənin Ərzurum və Kayseri şəhərləridir.
BAKU.NEWS xəbər verir ki, bu baradə Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib.
O bildirib ki, türk dövlətlərindən Qazaxıstanın Türküstan, Özbəkistanın isə Xivə şəhərləri ilə də qardaşlıq münasibətləri qurulmuşdur. Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qoşulan Macarıstanın Veszprem şəhəri də Şuşa ilə əməkdaşlıq əlaqələri quran şəhərlər sırasındadır”.
Aydın Kərimov vurğulayıb ki, torpaqlarımız işğaldan azad edildikdən dərhal sonra Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Şərqi Zəngəzur və Qarabağda aparılan bərpa-quruculuq işləri fonunda Şuşada da bir çox məsələlər öz həllini tapmış, iri layihələr həyata keçirilmiş və bu istiqamətdə işlər sürətlə, mütəşəkkil qaydada davam etdirilməkdədir: “Qısa zaman kəsiyində Şuşada 13 abidə, o cümlədən 2 məscid tam bərpa edilmişdir. Şəhərin kommunal və yol infrastrukturunun yenidən qurulması istiqamətində bir çox işlər görülüb”.
S.Kərimova


