Tariximizin ən əlamətdar hadisələrindən biri 2021-ci il iyun ayının 15-də, xalqımızın Qurtuluş günündə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında “Şuşa Bəyannaməsi” adlandırılan strateji müttəfiqlik müqaviləsinin imzalanması olmuşdur.
İran, Rusiya, ABŞ və Avropa birliyi kimi qlobal güc mərkəzlərinin Cənubi Qafqazda aktivləşməsi fonunda Azərbaycanın milli maraq və mənafelərinin təmin olunması mücadiləsində bu sənədin rolu misilsiz olmuşdur. Bəyannamənin imzalanması mərasimində çıxış edən Aərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb.
Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir.”
Qeyd edək ki, hər iki ölkənin ümumi maraqlarını özündə ehtiva edən tarixi “Şuşa Bəyannaməsi” təkcə Cənubi Qafqaz regionunda yox, bütün dünyada öz əhəmiyyəti, siyasi və iqtisadi potensialı ilə ortaya çıxa biləcək yeni bir güc mərkəzinin yaranmasını göstərən ən mühüm sənədidir. Bəyannamənin hərbi müttəfiqliyə dair bölməsində açıq şəkildə göstərilir: “Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər”.
Bu hallarda Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətiinin təşkilinin həyata keçiriləcəyi xüsusi qeyd olunmuşdur. Ermənipərəst güclərin nəzərinə çatdırılır ki, Azərbaycanın ərazi bütövlüyünə qarşı hər hansı qəsdlər olacağı halda Türkiyə ordusu bütün hərbi potensialı ilə qara donlu kafirlərə qarşı mübarizədə ölkəmizin yanında yer alacaq. Şuşa Bəyannaməsində diqqəti çəkən mühüm məsələlərdən biri müasir nəqliyyat-texnologiyalar sistemi sahəsində tranzit-nəqliyyat potensialının daha yüksək səviyyəyə çatdırılması üçün səylərin gücləndirilməsidir. Zəngəzur dəhlizinin açılması beynəlxalq dəhlizlərin şaxələndirilməsi və daşımaların rentabelli olması baxımından qiymətləndirilir.
Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən Zəngəzur dəhlizinin açılması və onun davamı olaraq Naxçıvan-Qars dəmir yolunun inşası beynəlxalq əhəmiyyətli proyekt olaraq olkələr arasında iqtisadi-siyasi əlaqələrin möhkəmlənməsi və inkişafında rol oynayacaqdır. Beləliklə, tarixi “Şuşa Bəyannaməsi” XX əsrin əvvəllərində özündə dərin və isti təbii qardaşlıq münasibətlərini əks etdirən sənəd olmaqla, həm də beynəlxalq miqyasda qarşılıqlı faydalı maraqlara əsaslanan əsl dostluq və tərəfdaşlıq nümunəsidir.
Türk Dünyası adlı yeni bir güc mərkəzinin yaradılması istiqamətində atılmış cəsarətli bir addımdır. Bəyannamə iki qardaş dövlət arasında bütün sahələrdə inteqrasiyanı əhatə edən bir sənəd olmaqla gələcək inkişafımızın prioritetlərini özündə əks etdirir, suverenliyimizi, ərazi bütövlüyümüzü təhdid edənləri və onların ənənəvi dəstəkçilərini yeni güclü hərbi-siyasi ittifaqla üz-üzə gəlməkdən çəkindirir.
Eldəniz Əsgərov
Neftçala rayon sakini, Şəhid qardaşı


