Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında mütəffiqlik əlaqələrinin geniş istiqamətlərini əhatə edir. Müttəfiqlik əlaqələri dedikdə hər iki ölkə arasında siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələrdə yaxın əməkdaşlıq nəzərdə tutulur.
Bunu BAKU.NEWS-a YAP Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyev deyib.
Onun sözlərinə görə, bəyannamənin digər önəmi ondan ibarətdir ki, bölgədə sülhün sarsılmaz şəkildətəmin olunması və Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyasının sürətlənməsi stimullaşdırılır. İşğaldan azad olunmuş ərazilərin yenidən bərpası üçün sərmayə qoşulunun önəmi nəzərə alınsa Şuşa Bəyannaməsinin bu baxımdan iqtisadi əhəmiyyət kəsb etdiyi də digər xüsusi məqamdır.
Azərbaycan və Türkiyə Şuşa Bəyannaməsini imzalamaqla gələcək inkişaf xəttini müəyyən etmiş oldular. Həyata keçiriləcək qarşılıqlı hərbi əməkdaşlıq, regional əhəmiyyətli iqtisadi layihələr və digər təşəbbüslər ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasına öz müsbət təsirini göstərəcəkdir.
S.Kərimova


