Sürücülük hüququnu yeni əldə edənlərə sınaq müddəti təyin olunarsa baş verən qəzaların sayında xeyli azalma olar.
Bu barədə BAKU.NEWS-a açıqlama verən nəqliyyat üzrə eksperti Elməddin Muradlı deyib ki, son dövrlərdə təcrübəsiz sürücülərin iştirakı ilə baş verən qəzaların sayında nəzərəçarpacaq dərəcədə artım müşahidə edilir. Bunlar daha çox yüngül qəzalar, avtoxuliqanlıq, narkotik təsiri altında nəqliyyatın idarə edilməsi hallarıdır.
Ekspertin fikrincə, sürücülük hüququnu yeni əldə edənlərə sınaq müddəti təyin olunarsa,bu cür halların başverməsi azala bilər.
Qeyd edək ki, sürücülük vəsiqələrinin verilməsi qaydalarına müəyyən dəyişiklik ola bilər. Təklif olunur ki, yeni sürücülük vəsiqəsi alanlara sınaq müddəti verilsin.
Ülviyyə Abdullayeva


