Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti dəfə Əmircan qəsəbəsi, 13 saylı Birləşmiş Şəhər Xəstəxanasında könüllü qanvermə aksiyası təşkil olunub.
BAKU.NEWS xəbər verir ki, rayonun idarə, müəssisə və təşkilatların əməkdaşlarının, eləcə də rayon sakinlərinin iştirakı ilə keçirilən qanvermə aksiyası ehtiyat qan bankının zənginləşdirilməsinə dəstək məqsədi ilə keçirilib.
Aksiyada Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları hər bir donordan qan analizi götürərək onların sağlamlığını öncədən müəyyənləşdirilib.
Qanvermə aksiyası zamanı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş bütün sosial izolyasiya qaydalarına riayət edilib.









